Gündəm Özəl

“ABŞ Ermənistan vasitəsilə İranda daxili çaxnaşma yarada bilər” — Politoloq

“ABŞ Ermənistan vasitəsilə İranda daxili çaxnaşma yarada bilər” — Politoloq

“İran xarici işlər nazirinin çıxışından bəlli olur ki, ölkəsi istər-istəməz Ermənistan – ABŞ təlimlərindən narahatdır. Ermənistan ABŞ ilə daha da yaxınlaşır, bu, İranı narahat etməyə bilməz. Xarici işlər nazirinin “regionda geopolitik vəziyyəti dəyişməyə imkan verməyəcəyik” deməsi bunu göstərir”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında “World Panorama” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri politoloq Ramiyə Məmmədova səsləndirib.

O qeyd edib ki, İran uzun müddətdir Türkiyənin regionda böyük aktor olmasını qəbul edə bilmir, özünə təhdid görür. Ermənistan – ABŞ münasibətlərinin artması onun üçün ikinci təhdiddir:

“ABŞ Ermənistan vasitəsilə İranda daxili çaxnaşma yarada bilər” — Politoloq

“ABŞ əsgərlərinin İran sərhədinin yaxınlarına gəlməsi Tehrana siqnaldır ki, orada böyük bir siyasi dəyişiklik, daxili çaxnaşma ola bilər. ABŞ bunu Ermənistan vasitəsilə edə bilər. İran gördü ki, dəstəklədiyi Ermənistan onun ən qatı düşmənini öz torpağına buraxır. Lakin Amerika indiyə qədər İranla müharibə başlatmaq istəsəydi, çoxdan bunu edərdi. İran problemlər içində üzür, ən böyük problemsə ona ən yaxın dostu Ermənistandan gələ bilər”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova