Mərakeşdə 4,8 bal gücündə zəlzələ baş verib.
Demokrat.az xəbər verir ki, bu barədə Mərakeş Geologiya İnstitutdan məlumat verilib.
Bildirilib ki, yerli vaxtla saat 06.53-də baş verən zəlzələnin mərkəzi Əl-Huz bölgəsinin İqlil şəhəri olub.
Zəlzələnin ətraf ərazilərdə də hiss olunduğu bildirilib.
Xatırladaq ki, sentyabrın 8-də Mərakeşdə 7 bal gücündə zəlzələ baş verib.
Zəlzələdə indiyədək 2 min 946 nəfər ölüb, 5 min 674 nəfər yaralanıb.
Aysu Demokrat.az


