Ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti ilə əlaqədar magistral yollarda görmə məsafəsi məhdudlaşacaq.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Nəqliyyat eksperti Eldəniz Cəfərov Demokrat.az-a açıqlamasında belə havalarda sürücülərin diqqət etməli olduğu bəzi məqamlardan danışıb:

"Yaxşı olar ki, əlverişsiz havalarda sürücülər nasaz avtomobillərlə yola çıxmasınlar. Payız-qış mövsümü başlayanda əyləc sistemi yoxlanmalıdır. Şüşə silənlər və avtomobilin ön faraları saz vəziyyətdə olmalıdır. Yay şinlərini payız şinləri ilə, üzü qışa doğru isə qış şinləri ilə əvəzləmək lazımdır. Hərəkətdə olarkən ara məsafəsi saxlamaq vacibdir. Məsafə düzgün hesablanmalıdır ki, qarşıdakı avtomobilin qəfil manevrində təhlükəki vəziyyət yaranmasın".
Törə Zeynallı Demokrat.az


