Xəbər verdiyimiz kimi, bu gün Rusiya Qızıl Xaç Cəmiyyəti Qarabağın erməni əhalisinə 15 ton humanitar yardım çatdırıb.
Yeniavaz.comErmənistan KİV-ə istinadla xəbər verir ki, hazırda əhaliyə humanitar yardımlar paylanır.
“Humanitar yardım hər birində taxıl, un, bişmiş ət və saxlama müddəti uzun olan digər məhsullardan ibarət 1000 ərzaq bağlamasından ibarətdir. Ayrı-ayrılıqda uşaqlar üçün həm gigiyena vasitələri, həm də yeməklər olan 192 paket hazırlamışıq. 270 dəst yataq dəsti və 200 gigiyena vasitəsi də gətirmişik”, - deyə Rusiya Qızıl Xaç Cəmiyyətinin prezidenti Pavel Savçuk məlumat verib.
Qeyd olunub ki, humanitar yardım paylandıqdan sonra Rusiya Qırmızı Xaç komandası Rusiyaya qayıdacaq.


