"Son baş verən hadisələr Amerika siyasi sisteminin çürüklüyünü göstərir".
Demokrat.az xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin bildirib.
Onun sözlərinə görə, ABŞ-da baş verənlər qısaca siyasi rəqibin siyasi motivli təqibidir:
"ABŞ bunu ictimaiyyətin və bütün dünyanın gözü qarşısında edir. Fikrimcə, bu gün ABŞ-da baş verənlər bizim üçün yaxşı inkişafdır. Bu, başqalarına demokratiyanı öyrətmək hüququnu qazana bilməyən Amerika siyasi sisteminin çürüdüyünü göstərir”.
Aysu Demokrat.az


