Dünya Özəl

Türkiyənin birinci xanımı Liviyaya başsağlığı verdi

Türkiyənin birinci xanımı Liviyaya başsağlığı verdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan Liviyada baş verən sel fəlakəti ilə bağlı paylaşım edib.

Demokrat.az xəbər verir ki, paylaşımda deyilir:

"Fəlakətdən zərər çəkmiş bütün qardaş və bacılarımıza ən xoş arzularımı bildirirəm. Həyatını itirənlərə Allahdan rəhmət, yaralananlara isə tezliklə şəfa diləyirəm. İtkin düşənlərə də şəfa diləyirəm. Vətəndaşların sağ-salamat tapılacağına ümid edirik. Dualarımız Liviya ilədir".

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova