Xarici siyasət

“İran son günlər anti-Azərbaycan və hədələyici siyasət yürüdür” — KİV

“İran son günlər anti-Azərbaycan və hədələyici siyasət yürüdür” — KİV

“İran son günlər anti-Azərbaycan, hədələyici siyasət yürüdür”.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin “Aksam” qəzeti yazıb.

Məqalədə bildirilib ki, Birinci Qarabağ müharibəsindən bəri İran müsəlman Azərbaycanın əvəzinə həmişə Ermənistanın tərəfində olub. Vurğulanıb ki, bu vəziyyət İkinci Qarabağ müharibəsində də davam etdi, lakin Azərbaycanın Türkiyənin dəstəyi ilə cəmi 44 gündə qazandığı böyük qələbə İranın əl-qolunu bağladı:

“44 günlük müharibədən sonra Zəngəzur dəhlizinin açılışını Ermənistanın qəbul etməsinə nail olmaqda Azərbaycanın mühüm diplomatik uğuru İran rejimi ilə yanaşı, Ermənistandakı daşnaklar tərəfindən də böyük etirazla qarşılandı. İran bir müddətdir ki, Azərbaycanı hədələyir, Zəngəzur dəhlizinin açılmasını müharibəyə səbəb kimi görəcəyini, bunun İranın mühasirəyə alınması əməliyyatı olduğunu və İran-Ermənistan sərhədinin aradan qalxacağını bildirir”.

Məqalədə qeyd edilib ki, zaman-zaman İran tərəfindən “Arazı keçəcəyik” və s. sözlərdən ibarət müxtəlif hədə videoları yayılır: “İran tərəfi Ermənistanı dəhlizi açmamağa sövq etməklə anti-Azərbaycan siyasətini davam etdirir. İran bunu edərkən əhalisinin yarısına yaxınının Azərbaycan türkləri olduğunu və son vaxtlar olduğu kimi cəmiyyətin əhəmiyyətli bir hissəsinin mollalara qarşı reaksiyalarını ortaya qoyan əsas hərəkətləri görməzliyə vurub.

Türkiyə və Azərbaycan düşmənçiliyi İrana heç nə qazandırmayacaq, əksinə, itirəcəyi çox şey var. Proses nəinki İranın güc və maraqlarını, hətta mollaların güc və qüdrətini zəiflədəcək daxili konyukturaya çevrilə bilər”.

D
demokrat.az