FETÖ ilə bağlantıları olan iqtisadçı Qubad İbadoğlu haqqında daha bir sensasiyalı fakt ortaya çıxıb.
Demokrat.az-a daxil olan məlumatlara görə, Q.İbadoğlu xaricdə olarkən seks dələduzlarının qurbanına çevrilib.
İntim xarakterli “çata” qoşulan İbadoğlunun ayna önündə poz verərkən fotoları yayılıb. Fotoda aydın görünür ki, iqtisadçı bu pozu onlayn seks patrnyoru üçün verib.
Bu fakt əxlaqdan danışan İbadoğlunun gerçək üzünü bir daha ortaya çıxarır. Məlum olur ki, İbadoğlu xaricdə olduğu müddətdə iki işlə məşğul olub.
Bunlardan biri anti-Azərbaycan şəbəkəsinin dövlətimizə qarşı planlarında yer almaqdır. İbadoğlu erməni diasporundan tutmuş FETÖ-çülərə qədər müxtəlif maraq qruplarının yer aldığı anti-Azərbaycan şəbəkəsinin yeni “siyasi oyuncağına” çevrilib. Onun xüsusilə ABŞ-da olarkən FETÖ-çülərlə təmaslarına dair ciddi faktlar var. O cümlədən, erməni diasporu və lobbisi ilə də əlaqələri haqda məlumatlar yayılıb. Xüsusilə qızı Jalə Bayramovanın ermənilərlə açıq şəkildə əməkdaşlığı bu məlumatları təsdiqləyir.
Digər işi isə göründüyü kimi, boş vaxtlarında intim onlayn fəaliyyəti olub. Bu fakt siysətçi olmaq istəyən və xüsusi missiya ilə Azərbaycan siyasətinə daxil olmağa çalışan İbadoğlunun mənəvi keyfiyyətlərinin də nə qədər aşağı olduğunu ispat edir.
Beləliklə, İbadoğlunun iç üzü bir-bir açılmağa başlayıb. Qubad İbadoğlu anti-Azərbaycan şəbəkəsinin siyasi mariyonetkasına çevrilmiş, övladı ermənilərə satılmış, mənəvi keyfiyyətcə isə onlayn seks çatlarında “fırlanan” şəxsdən başqa bir şey deyil. Görünür, onun haqqında daha başqa faktlar da ortaya çıxacaq.



Vaqif Hüseynli Demokrat.az


