Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində son altı ayda çox ciddi keyfiyyət dəyişiklikləri baş vermesini hem tamaşaçı hem de keçmiş bir hemkar olaraq böyük memnuniyyetle izleyirem. Efirin siması demək olar ki, büsbütün dəyişib, televiziyada böyük canlanma yaranıb. Qısa müddət ərzində bele deyişikliklere nail olmaq önemli uğurdur ve ümid edirem ki uğurlar daha da artacaq. Bir sözlə görünen odur ki, uzun sürən durğunluq dövrü başa çatıb və Az.TV-nin həyatında yeni mərhələ başlanıb. Yeni mərhələ isə özündə yeniləşmə, müasirləşmə və yüksək zövq ehtiva edir. Efir dinamikasına nəzər salan hər kəs bunun canlı şahidi olur.
Burada xüsusi qeyd ediləsi məqamlardan biri də təqdim olunan yeni verilişlərdir. Tebii ki böyük zəhmət və gərgin fəaliyyət tələb edən verilişlərin ərsəyə gəlməsi, efirin yüksək zövqlə təqdimatı hem de mənəvi-psixoloji amillə de birbaşa bağlıdır. Şübhəsiz ki, sağlam mühit yaradıcılıq imkanlarını artırır, yeni-yeni ideyalara yol açır. Xüsusilə ictimai-siyasi proqramları qeyd etmək istəyirəm. Dəfələrlə qonaq qismində dəvət aldığım bu istiqametde proqramların hər birində aktuallıq və operativlik başlıca prinsip kimi diqqətdə saxlanılır. Bəzi hallarda isə bu verilişlər birbaşa park və xiyabanlardan yayımlanır. Bu da mence AZTV-nin efir praktikasında ilklərdən biridir. "Mədəniyyət" kanalında da yeni və bir-birindən maraqlı layihələr izləyirik. Telekanalda yayımlanan bütün yeni proqramlar tamaşaçının maariflənməsinə, milli-mənəvi dəyərlərin, xüsusilə gənclərdə vətənpərvərlik əhval-ruhiyyəsinin artmasına zəmin yaradır. Bütün bunlar efir palitrasını zənginləşdirir, nəticə etibarı ilə tamaşaçının intellektini zənginləşdirir. Bir sözlə, Az.TV son 6 ayda müsbətə doğru çox böyük addımlar atıb və bunu görmemek sadece mümkün deyil. AZTV -deki hemkarlarıma bundan da böyük uğurlara imza atmalarını dileyirem.
Qənirə Paşayeva, Millət vəkili
(Moderator.az)


