Region Özəl

Axtarışda olan 101 nəfər saxlanıldı

Axtarışda olan 101 nəfər saxlanıldı

Türkiyənin Bursa vilayətində axtarışda olan bir qrup şəxs polis tərəfindən saxlanılıb.

Demokrat.az xəbər verir ki, bu barədə bölgənin Cinayətlə Mübarizə Şöbə Müdirliyi məlumat yayıb.

Bildirilib ki, müdirliyə bağlı olan 1000 polisdən ibarət qruplar səhər saatlarında axtarışda olan şəxslərə qarşı əməliyyat təşkil edib.

Əməliyyat zamanı müəyyən edilən 145 ünvanda axtarış aparılıb.

Nəticədə axtarışda olan 3-ü terrorçu olmaqla 101 cinayətkar saxlanılıb.

Araşdırmalar davam etdirilir.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova