Region Özəl

Hücuma hazırlaşan 7 terrorçu zərərsizləşdirildi

Hücuma hazırlaşan 7 terrorçu zərərsizləşdirildi

Türkiyə ordusu tərəfindən Barış bulağı bölgəsində tunellər qazaraq hücuma hazırlaşan terrorçulara qarşı uğurlu əməliyyat keçirilib.

Demokrat.az xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bütün terror qruplarına qarşı əməliyyatlar davam edir:

"Ordumuz hücuma hazırlaşdığı təsbit edilən terrorçulara qarşı daha bir əməliyyat keçirib. Son əməliyyat çərçivəsində 7 PKK terrorçusu zərərsizləşdirilib və hücum üçün hazırlanan tunel məhv edilib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova