"NATO üzvlüyünə tam hazırıq və Türkiyənin təsdiqi prosesinə başlamasını gözləyirik".
Demokrat.az xəbər verir ki, bu sözləri İsveç xarici işlər naziri Tobias Billstrom deyib.
O bildirib ki, İsveç artıq NATO üzvü olmaq üçün hazır şəkildədir:
"İsveç birliyə üzvlük üçün keçən il müraciət edib. Digər ölkələr təsdiq etsə də Türkiyə və Macarıstan hələ də bizi gözlədir. Biz artıq bütün problemləri həll etmişik və üzv olmağa hazırıq. Türkiyənin təsdiqini gözləməyə davam edirik".
Aysu Demokrat.az


