Dünya Özəl

Latviyada nigahla bağlı yeni qərar qəbul edildi

Latviyada nigahla bağlı yeni qərar qəbul edildi

Latviyada toy mərasimlərində vacib sayılan nikah şahidi ləğv edilib.

Demokrat.az xəbər verir ki, ölkə parlamenti Mülki Məcəllədə bəzi dəyişikliklər edib.

Müvafiq olaraq, şahidlərin iştirak etməməsinin nikah üçün maneə yaratmayacağını nəzərdə tutan dəyişiklik qəbul edilib.

Nikah üçün etibarlı və lazımi sənədləri müvafiq qurumlara təqdim edən cütlüklər şahid olmadan qəbul ediləcək.

Qeyd edək ki, qanuna edilən dəyişikliklər 2024-cü il iyulun 1-dən qüvvəyə minəcək.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova