Gündəm Özəl

Paşinyanın növbəti riyakarlığı: “Aqressoru sülhə təhrik etməyin bir yolu var” — Politoloq

Paşinyanın növbəti riyakarlığı: “Aqressoru sülhə təhrik etməyin bir yolu var” — Politoloq

Paşinyan hökumətin iclasında deyib ki, Ermənistan Azərbaycanla münasibətləri normallaşdırmağa və sülh sazişi imzalamağa hazırdır.

"Biz sülh gündəliyinə sadiqliyimizi ifadə edirik. Ermənistan Brüssel və Praqada əldə olunmuş razılaşmalara, eləcə də 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata sadiqdir". Cəmi bir neçə gün əvvəlsə qondarma Dağlıq Qarabağın müstəqilliyinin ildönümü münasibətilə ünvanladığı təbrikdə Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi təmin olunana qədər separatçı rejim mövcudluğunu saxlamalıdır fikrini dilə gətirmişdi.

Politoloq Əhəd Məmmədli Demokrat.az-a açıqlamasında Paşinyanın riyakarlığınının erməni xislətindən doğduğunu deyib:

Paşinyanın növbəti riyakarlığı: “Aqressoru sülhə təhrik etməyin bir yolu var” — Politoloq
“Üzərilərinə gedəndə geri çəkilirlər, vəziyyət bir qədər sakitləşəndə başlayırlar əvvəlki simalarını göstərməyə. Paşinyan niyə yenidən sülhdən danışmağa başlayıb? Azərbaycan tərəfi şərti sərhədə yavaş-yavaş hərbi hissələrini cəmləşdirməyə başladı. Bundan sonra qorxdular, indi yenə sülhdən danışırlar. Vəziyyət sakitləşəndən sonra yenə hansısa fərqli mövqe göstərə bilərlər.

Ötən il sentyabrın əvvəllərində də Paşinyan başqa şeylər deyirdi. “Qisas” əməliyyatı nəticəsində Zəngəzur cəbhəsində bir neçə yüksəkliyi nəzarətimizə alandan sonra mövqeyini dəyişdi, Qarabağın Azərbaycan ərazisi olduğunu söylədi. Onları daim hədəfdə saxlamalıyıq. Aqressoru sülhə təhrik etməyin bir yolu var – hərbi güc”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova