Ötən ay ard-arda üç yeniyetmə qız intihar etdi. Şübhəli məqamlar təkcə hadisələrin ard-arda baş verməsilə bitmir. Belə ki, hər üç yeniyetmə özlərini eyni geyimdə, eyni ərazidəki binalardan atmaqla həyatlarına son verdilər. Üstəlik, hər üçü eyni müəllimin yanına hazırlığa gedən məktəblilər olub. Səbəblər sırasında isə bir neçə ehtimal sadalandı. Bəziləri qızların intihar etməsini ağır dərs yükü ilə əlaqələndirdi, bir qisimsə zorakılıq faktının olduğunu dedi. Xırdalan sakinlərisə bildirdi ki, həmin ərazidə yaşayan narkomanlar qızlara təcavüz edərək öldürür.
Sosioloq Elçin Bayramlı feysbuk hesabında intihar hadisəsinin cəmiyyətdə heç bir reaksiya doğurmadığını yazıb: “Hamının başı, deyəsən, siyasətə, şoulara zada qarışıb”.
Demokrat.az-a açıqlama verən sosioloq fikirlərinin davamı olaraq deyib ki, ictimai – sosial hadisələr artıq heç kimi narahat etmir:

“Hər şeyə individual yanaşırıq, fərdiyyətçi cəmiyyətik. Cəmiyyətdə baş verən hadisələrə ümumi mənafelər baxımından yanaşma tərzi yoxdur bizdə. Şəxsinə aid deyilsə, heç kim ətrafında baş verənlərlə reaksiya vermir. Halbuki ölkədə ictimai institutlar var, uşaq hüquqları təşkilatları var, ziyalılarımız var ki, bu məsələlərlə bağlı həyəcan təbili çalmalıdır, valideynləri uşaqlara nəzarəti artırmağa çağırmalıdır. Psixoloqlar intiharların səbəblərini araşdırmalı, çıxış yolları ortaya qoymalıdır”.
Sosioloqun fikrincə, hər şeyi dövlətdən gözləmək olmaz: 
Törə Zeynallı Demokrat.az


