Dünya Özəl

Daşqınlar nəticəsində 2 nəfər öldü

Daşqınlar nəticəsində 2 nəfər öldü

Çində “Haikui” qasırğasının yaratdığı daşqınlar nəticəsində Futszyan əyalətində 2 nəfər ölüb.

Demokrat.az xəbər verir ki, bu barədə "İHA" məlumat yayıb.

Məlumata əsasən, bu il Çinə təsir edən 11-ci qasırğa olan Haikui insan itkisinə səbəb olub.

Eyni zamanda fəlakət səbəbindən 36 mindən çox insan təhlükəsiz ərazilərə təxliyə edilib.

Məktəblər, avtobus, metro, qatar və reyslər də dayandırılıb.

Daşqının yaratdığı iqtisadi itkinin təxminən 76,7 milyon dollardan çox olduğu təxmin edilir.

Aysu Demokrat.az

D
demokrat.az