Dünya

Ermənistan ABŞ-la birgə təlimlər keçirəcək

Ermənistan ABŞ-la birgə təlimlər keçirəcək

Ermənistan və ABŞ-ın "EAGLE PARTNER-2023" birgə hərbi təlimləri sentyabrın 11-dən 20-dək Ermənistan ərazisində keçiriləcək.

Demokrat.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

“Sentyabrın 11-dən 20-dək Ermənistanda, xüsusilə də Müdafiə Nazirliyinin N saylı sülhməramlı briqadasının “Zar” təlim mərkəzində və beynəlxalq sülhməramlı missiyalarda iştiraka hazırlıq çərçivəsində "EAGLE PARTNER-2023" adlı birgə təlimlər keçiriləcək”, - məlumatda deyilir.

D
demokrat.az