Şou-biznes Özəl

Tanınmış aktyor infarkt keçirdi

Tanınmış aktyor infarkt keçirdi

Türkiyəli məşhur aktyor Mustafa Uzunyılmaz infarkt keçirib.

Demokrat.az xəbər verir ki, bu barədə "Milliyet" məlumat yayıb.

Məlumata əsasən, hadisə 63 yaşlı aktyor yolda gedərkən baş verib. O, dərhal xəstəxanaya aparılıb və ürəyinə stent qoyulub.

Əməliyyatdan çıxan məşhur aktyorun vəziyyətinin yaxşı olduğu və müalicəsinin davam etdiyi bildirilir.

Qeyd edək ki, Mustafa Uzunyılmaz "Geniş ailə", "Dikkatsiz" və "Gülşen Abi" kimi seriallarla tanınıb.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova