Dünya Özəl

Nigeriyada qeyri-qanuni neft emalı zavodları məhv edildi

Nigeriyada qeyri-qanuni neft emalı zavodları məhv edildi

Nigeriyanın cənubunda neftin qeyri-qanuni emalı üçün istifadə edilən 12 obyekt dağıdılıb.

Demokrat.az xəbər verir ki, bu barədə ölkə ordusunun mətbuat katibi Onyema Nvaçukvu məlumat verib.

Onun sözlərinə görə, əməliyyat ordu hərbçiləri tərəfindən həyata keçirilib.

Əməliyyatda 12 qeyri-qanuni neft emalı zavodu aşkar edilib.

Eyni zamanda 60 xam neft sobası, 14 neft anbarı, oğurlanmış xam neftlə yüklənmiş 6 taxta qayıq ələ keçirilib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova