Dünya Özəl

İspaniyanın Kanar adalarına 550 qeyri-qanuni miqrant daxil oldu

İspaniyanın Kanar adalarına 550 qeyri-qanuni miqrant daxil oldu

İspaniyanın Kanar adalarına son 24 saatda 550 qeyri-qanuni miqrant gedib.

Demokrat.az xəbər verir ki, bu barədə ölkənin Sahil Təhlükəsizlik Təşkilatından məlumat verilib.

Bildirilib ki, son 24 saat ərzində 4 qayıqdan ibarət qeyri-qanuni miqrant qrupu bölgəyə daxil olub.

Qadın və uşaqların da olduğu qeyri-qanuni miqrantların sağlamlıq vəziyyətinin ümumilikdə yaxşı olduğu, 2 nəfərin xəstəxanaya çatdırıldığı qeyd edilib.

Qeyd edək ki, yanvarın 1-dən avqustun 31-dək Kanar adalarına 11 min 459 qeyri-qanuni miqrant daxil olub.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova