Region Özəl

İranda sel fəlakəti nəticəsində 101 kəndə ziyan dəydi

İranda sel fəlakəti nəticəsində 101 kəndə ziyan dəydi

İranın Təbriz şəhərində baş verən sel fəlakəti 101 kəndə maddi ziyan vurub.

Demokrat.az xəbər verir ki, bu barədə İranın rəsmi xəbər agentliyi "İRNA" məlumat yayıb.

Məlumata görə, fəlakət nəticəsində Təbrizin Eher, Keliber, Hodafərin, Horand və Verzigan bölgələrində 101 kənd maddi ziyana uğrayıb.

Həmçinin bildirilib ki, rayonda 48 ev və 60 minik avtomobili tamamilə yararsız hala düşüb, kənd təsərrüfatı sahələri də su altında qalıb.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova