Gündəm Özəl

“Paşinyan öz təbriki ilə Azərbaycana arqument vermiş oldu” — Politoloq

“Paşinyan öz təbriki ilə Azərbaycana arqument vermiş oldu” — Politoloq

“Paşinyanın açıqlaması ikibaşlı idi. Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi təmin olunanadək oradakı separatçı rejimin bir qurum kimi qalmalı olduğunu deməklə yanaşı, bizə də arqument vermiş olur. Onu öz silahı ilə vura bilərik. Açıq şəkildə bildiririk ki, Azərbaycan digər etnik azlıqlar kimi, Qarabağ ermənilərinin də hüquq və təhlükəsizliyinin təminatını boynuna götürür. Buna görə də orada qondarma bir quruma ehtiyac yoxdur”.

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Turab Rzayev deyib.

O qeyd edib ki, bu, Paşinyanın daxili publikaya hesablanmış açıqlamasıdır:

“O, separatçı rejimi təbrik etməli, müxaliflərin və Rusiyanı dəstəkləyənlərin gözündə xainə çevrilməmək üçün açıq şəkildə nümayiş etdirməlidir ki, Qarabağdakı separatçı rejimi dəstəkləyir. Ona görə də bu açıqlama Ermənistanın daxili siyasəti istiqamətində yozula bilər”.

“Paşinyan öz təbriki ilə Azərbaycana arqument vermiş oldu” — Politoloq
Siyasi şərhçi hesab edir ki, Paşinyan bilərək öz açıqlamasında bu cür boşluq buraxır:

“Fikirləşir ki, gələcəkdə ya Azərbaycanın, ya da ABŞ və ya Aİ-nın təzyiqilə məcbur olub, sülh müqaviləsi imzalaya bilər. O zaman qarşı tərəfin Qarabağdakı ermənilərin təhlükəsizliyinin təminatçısı kimi çıxış etdiyini vurğulayaraq sülhə imza atdığını və separatçı rejimin ləğvi ilə barışdığını deyəcək. Paşinyanın hansısa şəkildə Azərbaycana müharibə elan etmək potensialı yoxdur. Bu onun üçün siyasi və fiziki intihar ola bilər”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova