Sosial Özəl

Mövsüm meyvələri niyə bahadır? — AÇIQLAMA

Mövsüm meyvələri niyə bahadır? — AÇIQLAMA

Bəzi bölgələrdə mövsümi meyvələrin Bakıdan baha olduğu deyilir. Məsələn, üzümçülük rayonu olan Tovuzda üzümün qiyməti Bakıdan iki dəfə yüksəkdir.

Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli Demokrat.az-a açıqlamasında bunu təsdiqlədi. O qeyd etdi ki, bu problem demək olar, bütün bölgələrdə var:

Mövsüm meyvələri niyə bahadır? — AÇIQLAMA

“Problemin qaynağı Bakıda və digər böyük şəhərlərdə bazarların inhisarda olması, fermerin bazara əlinin çatmaması ilə bağlıdır. Fermer özü öz məhsulunu bazara çıxara bilmir. Hansısa bir alverçinin, işbazın vasitəsilə çıxarır. Onlar da gətirib, Bakıda sindikat razılaşma edirlər.

“Meyvəli”də, “8-ci kilometr” bazarında müəyyən bir qrup var, qiyməti razılaşdırırlar. Üzümü alırlar 80 qəpiyə, 1 manata, gətirib, satırlar 2 manata. Rayonlarda xiyarın 10 kilosunu 1 manata alıb, Bakıda 1 kilosunu 1 manat, 1 manat 20 qəpiyə satırlar. Bütün məhsullarla bağlı vəziyyət eynidir”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova