ABŞ-ın Texas ştatında baş verən meşə yanğınında 4428 hektar ərazi külə dönüb.
Demokrat.az xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.
Məlumata əsasən, günlərdir davam edən yanğın səbəbiylə bölgədəki yaşayış məntəqələri boşaldılıb, magistral yollar bağlanıb.
Yanğınsöndürmə idarəsindən verilən açıqlamada, 4 min 428 hektar ərazinin külə çevrildiyi və yanğının yüzdə 60 faizinin nəzarət altına alındığı bildirilib.
Qeyd edək ki, hadisədə can itkisi və maddi ziyan olmayıb, yanğınla bağlı başladılan istintaq davam edir.
Aysu Demokrat.az


