Sosial

Sahibkarlarla növbəti görüş Şirvanda keçiriləcək

Sahibkarlarla növbəti görüş Şirvanda keçiriləcək

SOCAR “Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.

Demokrat.az bildirir ki, SOCAR “Azəriqaz” İB-nin KOBİA nümayəndəsinin iştirakı ilə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Şirvan şəhərində görüşü təşkil olunacaq. Aksiya Hacıqəhrəmanlı qəsəbəsində (İcra nümayəndəliyinin qarşısı) baş tutacaq.

“Səyyar qəbul otağı” sentyabrın 6-da saat 12:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq.

İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

D
demokrat.az