Hadisə

Xəzərdə batan İran gəmisinin heyət üzvlərinin hamısı xilas edilib - RƏSMİ AÇIQLAMA

Xəzərdə batan İran gəmisinin heyət üzvlərinin hamısı xilas edilib - RƏSMİ AÇIQLAMA

Dövlət Sərhəd Xidməti (DSX) İran gəmisinin Xəzərdə batması ilə bağlı məlumat yayıb.

DSX-nin Mətbuat Mərkəzindən Demokrat.az-a verilən məlumata görə, bu gün saat 14:15-də xidmətin Sahil Mü­ha­fi­zə­sinin Baş Komanda-Nəzarət Mərkəzinə İran bayrağı altında üzən “Şəbahəng” quru-yük gəmisinin Lənkəran rey­din­də sa­hil­dən 15 mil məsafədə batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Cənub istiqamətində dövlət sərhədinin mühafizəsini həyata ke­çirən “Tufan” tipli sərhəd gözətçi gəmisi dərhal hadisə yerinə göndərilib.

Sərhəd gözətçi gəmisi hadisə yerinə çataraq xilasetmə əməliy­yatına başlanıb, batan gəminin 9 nəfərdən ibarət olan ekipajı tam heyətlə xilas edilib.

D
demokrat.az