Gündəm

İlham İsmayılov: “Los-Anceles Şəhər Şurasının təxribatçı qərarını pisləyirik və buna etiraz edirik”

İlham İsmayılov: “Los-Anceles Şəhər Şurasının təxribatçı qərarını pisləyirik və buna etiraz edirik”

Bu gün- sentyabrın 1-də Azərbaycanın ABŞ-ın Los-Anceles şəhərindəki Baş konsulluğunun qarşısındakı meydanda Los-Anceles Şəhər Şurası “Los-Ancels sakinləri ilə qarabağlı ermənilər arasında həmrəylik əlaməti olaraq” Vilşir bulvarı ilə Qrenvil-avenyunun kəsişməsinin adının dəyişdirilərək, “artsax respublikası meydanı” adlandırması haqqında qərar qəbul edib.

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov bildirib ki, bu addımı ermənilər Laçın dövlət sərhəd-buraxılış məntəqəsində yaratmış olduqları süni “humanitar böhran” şousuna dəstək olaraq atıblar: “Hər kəs yaxşı bilir ki, Los-Ancels ermənilərin ən çox məskunlaşdığı şəhərdir, erməni lobbisi və diaspor təşkilatları bu şəhərin icra strukturlarına, bələdiyyə üzvlərinə təsir edə bilirlər. Bu addımı Fransanın Paris və Strasburq şəhər merlərinin Laçın sərhəd-buraxılış məntəqəsinə gətirdikləri “humanitar yardımlar”la bağlı da deyə bilərik. Bilirsiniz ki, Fransa da erməni diasporunun ən çox cəmləşdiyi bir ölkədir, hətta belə ölkələrin başında gəlir. Ona görə də ermənilər, erməni lobbi təşkilatları artıq bütün son cəhdlərini edirlər ki, Azərbaycanın Xankəndi ilə bağlı haqlı mövqeyinə təsir etsinlər. Lakin bunu əsla həyata keçirə bilməyəcəklər. Hesab edirəm ki, ermənilərin hadisələri manipulyasiya etməsi artıq mümkün olmayacaq. Artıq ermənilər də anlayıb ki, “Artsax” adlı nağıllar daha keçmir, bu məsələyə Azərbaycan tərəfi 44 günlük müharibədə qazandığı qələbə ilə son qoyub. Bu reallığı erməni diaspor təşkilatları və lobbiləri də artıq anlamalıdırlar. Ona görə də, hansısa şəhərdə küçə adlarına separatçı isimlər qoymaqla, bilməlidirlər ki, bu sülh prosesini əngəlləyən addımlardır və yalnız regionda münaqişənin yenidən alaovlanmasına çalışmaq cəhdidir. Biz isə fikirləşirik ki, artıq bölgəmizdə münaqişə həll olunub və biz yalnız gələcəyə baxmalıyıq. Ona görə də Los-Anceles Şəhər Şurasının təxribatçı qərarın pisləyirik və buna etiraz edirik”.

D
demokrat.az