Siyasət Özəl

“Rusiya fikirləşir ki,Türkiyə ilə Ermənistan yaxınlaşarsa, İrəvanın ondan uzaqlaşması sürətlənəcək" — ŞƏRH

“Rusiya fikirləşir ki,Türkiyə ilə Ermənistan yaxınlaşarsa, İrəvanın ondan uzaqlaşması sürətlənəcək — ŞƏRH

Avqustun 31-də Moskvada Rusiya və Türkiyə xarici işlər nazirləri Sergey Lavrov və Hakan Fidan arasında görüş keçirilib. Cənubi Qafqazda əməkdaşlığın dərinləşdirilməsi, nəqliyyat əlaqələrinin və kommunikasiyaların açılması, regionun münaqişədən sonra yenidən qurulması məsələləri ətrafında müzakirələr aparılıb. Ermənistan və Türkiyə arasında münasibətlərin bərpası məsələsi də görüşün gündəmini əhatə edib.

Türkiyə - Ermənistan münasibətlərinin bərpası barədə Demokrat.az-a açıqlama verən politoloq Samir Hümbətovun sözlərinə görə, Rusiya iki ölkə arasında normallaşmanı istəsə də bunun məsafəli olmasına diqqət edir:

“Rusiya – Türkiyə münasibətlərinin normal məcrada davam etməsi Kremlin maraqlarına xidmət edir. Çalışır ki, Türkiyə ilə münasibətlər korlanmasın. Qaz məsələsi də gündəmdədir. Rusiya qazının Türkiyə üzərindən Avropaya çatdırılması önəmlidir, Çinlə onsuz da əlaqələri var”.

Politoloq deyib ki, Ermənistana gəldikdə isə yanaşma bir qədər fərqlənir:

“Rusiya fikirləşir ki, Türkiyə ilə Ermənistan yaxınlaşarsa, sıx əlaqələr qurarsa, İrəvanın ondan uzaqlaşması sürətlənəcək. Hazırda ermənilər işləmək üçün Rusiyaya üz tuturlarsa, Türkiyə ilə münasibətlər normallaşarsa, oraya axın edəcəklər. Bu, Türkiyənin imkanlarını genişləndirəcək, Ermənistan üzərində təsiri artacaq. Əlaqələrin pis olması da Rusiyaya sərf etmir. Qərbin və ABŞ-ın regionda möhkəmlənməsinin qarşısını almaq üçün onu bir növ iki ölkənin əlində saxlamaq lazımdır. Kreml məsafəli siyasətdə maraqlıdır. Bu da imperialist məqsədlərdən irəli gəlir”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova