Sosial Özəl

1 sentyabrı 15 sentyabrla əvəzləmək zərurət idimi? — "Bilik Gününün tarixinin dəyişdirilməsi..."

1 sentyabrı 15 sentyabrla əvəzləmək zərurət idimi? — Bilik Gününün tarixinin dəyişdirilməsi...

Bu gün bir çox ölkələrdə Bilik Günü kimi qeyd olunur. İllər öncə biz də sentyabrın 1-ni təqvimdə qırmızı ilə işarələyirdik. Sanki o vaxtlar bu bayramı daha həvəslə qeyd edir, tətildən sonra məktəbə gedəcəyimiz ilk gün daha sevincli olurduq. Həm şagirdlər, həm müəllimlər, həm də valideynlər...

İndi həminki şövq, əhval-ruhiyyə yoxdur. Bu tarixi dəyişmək zərurət idimi?

Dosent, təhsil eksperti İlham Əhmədovun bu suala cavabı qəti şəkildə “xeyr” oldu.

O, Demokrat.az-a açıqlamasında dedi ki, Bilik Gününün tarixinin dəyişdirilməsi bayram əhvalına da təsirsiz ötüşmədi.

“2004-cü ilə qədər Bilik Günü sentyabrın 1-nə təsadüf edirdi. Lakin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanı ilə Azərbaycanın bütün təhsil müəssisələrində dərslərin 15 sentyabrdan başlanması qərara alındı.

Düşünürəm ki, tədris ili elə sentyabrın 1-i başlamalıdır. İndi gec başlayıb, gec bitir. Bu da təhsil alanları, pedaqoji kollektivi yorur”.

1 sentyabrı 15 sentyabrla əvəzləmək zərurət idimi? — Bilik Gününün tarixinin dəyişdirilməsi...

İ.Əhmədov biliyi elmin xammalı hesab edir:

“Bilik xammaldır, elm isə istehsal sahəsi, texnoloji proses. Bu istehsal sahəsi, bu proseslər həm insan beynində, həm elmi mərkəzlərdə, həm də təhsil ocaqlarında ola bilər. Elm və təhsilə xüsusi dəyər verməli, diqqət yetirməliyik, bu sahəyə ayrılan büdcəni dəfələrlə artırmaq lazımdır. Kadr siyasətini də təkmilləşdirməyə ciddi ehtiyac var.

Dünyaya özümüzü elmimizlə tanıtdırmalıyıq. Elm həm də köhnə biliklərdən yeni biliklər yaratmaq deməkdir. Müasir dünyada yeni biliklər iqtisadi rifahın, texnoloji inkişafın açarıdır. Ölkələr elmə, təhsilə, alimə dəyər verməklə inkişaf edə bilər”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova