Sosial Özəl

“Azəriqaz“dan qaz limiti ilə bağlı AÇIQLAMA

“Azəriqaz“dan qaz limiti ilə bağlı AÇIQLAMA

2023-cü ilin yanvar-iyul ayları ərzində əhali sektorunda təbii qazla təmin olunan 1 662 428 abonent 12 qəpik tarifilə qazdan istifadə edib.

Demokrat.az xəbər verir ki, bu sözləri SOCAR "Azəriqaz" İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bu gün keçirilən "Açıq qapı" aksiyasında bildirib.

Onun sözlərinə görə, bu rəqəm ümumi abonentlərin 66,3 faizini təşkil edir:

"754 649 abonent 20 qəpik tarifilə (ümumi abonentlərin 30,1 %) və 90 839 abonent 25 qəpik tarifilə (ümumi abonentlərin 3,6 %) qazdan istifadə edib".

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova