Gündüz Ağayevin adəti üzrə ermənilərə dəstək ifadə edən son karikaturasından sonra “Azərbaycanda Gündüzə cavab verəcək karikaturaçı yoxdur?” sualı gündəmə gəldi. Cavabı da gecikmədi. Karikaturaçı Şəhriyar Sarıca qələmini və ideyasını işə saldı, cavab atəşi bomba kimi partladı.
Amma karikaturaçı bu sənətin hazırkı vəziyyətindən gileylidir. Demokrat.az-a açıqlama verən Şəhriyar Sarıca deyir ki, Azərbaycan mətbuatı karikaturaya önəm vermir:
“Karikaturasız mətbuat duzsuz yemək kimidir. Karikatura işi ilə məşğul olan insanlar ölkə mətbuatına maraqlı deyil. Səbəb odur ki, təsadüfi adamlar gəlir, sayt rəhbəri olur, heç bilmir ki, karikatura nədir, mətbuatda nə dərəcədə rolu var”.
O, “Azərbaycanda karikaturaçı yoxdur” fikrilə razılaşmır:

Karikaturaçı hazırkı fəaliyyətindən də danışıb:
“Hazırda işim bu sahə ilə bağlı deyil, amma vaxtım olanda çəkirəm. Gündüz Ağayevə cavab olaraq, bir karikatura çəkdim bu gün, bəyənildi, paylaşıldı. Bundan qazancımız olmadığı üçün çox vaxt ayıra bilmirik. Gündüz kimi gedib, xaricdə oturub, pul qazana bilərdik, amma vicdanımız buna yol verməz”.
Törə Zeynallı Demokrat.az


