İmişlidə çoban atdan yıxılaraq dünyasını dəyişib.
Demokrat.az"Report"a istinadla xəbər veri ki,, hadisə saat 20 radələrində İmişlidə yerləşən fermalardan birində qeydə alınıb.
Belə ki, fermada çalışan əslən Cəbrayıl sakini 1959 təvəllüdlü Əliyev Loğman Nəsib oğlu atdan yıxılıb.
Yaralı İmişli rayon mərkəzi xəstəxanasına çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb və dünyasını dəyişib.
Faktla bağlı araşdırma başlanılıb.


