Dünya Özəl

Nyu-York metrosunu su basdı

Nyu-York metrosunu su basdı

ABŞ-ın Nyu-York şəhərində 127 illik su şəbəkəsinin partlaması nəticəsində metro və küçələri su basıb.

Demokrat.az xəbər verir ki, bu barədə Nyu York Ətraf Mühitin Mühafizəsi Departamenti məlumat yayıb.

Məlumata görə, 127 illik su şəbəkəsi naməlum səbəbdən partlayıb. Nəticədə şəhərin mərkəzi küçələri və ən işlək metro stansiyası su altında qalıb.

Qruplar 1 saatlıq işin sonunda sızmanın mənbəyini taparaq, axıntının qarşısını alıb.

Qeyd edək ki, Nyu Yorkda köhnə su və kanalizasiya xətlərinin yenilənməsi üçün son 3 ildə 1,9 milyard dollar xərclənib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova