Dünya Özəl

İmran Xanın həbs müddəti 2 həftə uzadıldı

İmran Xanın həbs müddəti 2 həftə uzadıldı

Pakistanda keçmiş baş nazir İmran Xanın həbs müddəti 14 gün uzadılıb.

Demokrat.az xəbər verir ki, bu barədə Xanın vəkili Salman Səfdar jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu gün keçirilən məhkəmənin qərarı ilə İmran Xanın daha 14 gün azadlıqdan məhrum edilməsinə qərar verilib:

"Həbs müddətinin uzadılmasının əsassız və konstitusiyaya zidd olduğu bəllidir. Bu səbəblə məhkəməyə etirazımızı bildirdik və onun sərbəst buraxılması üçün əlimizdən gələni etməyə davam edəcəyik".

Qeyd edək ki, keçmiş baş nazirin girov müqabilində azadlığa buraxılması qərarından sonra bu gün onun "dövlət sirrini açıqlamaq"da ittiham olunduğu iş üzrə həbs müddəti uzadılıb.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova