Qazaxıstan 2023-cü ilin sonuna qədər Almaniyaya ən azı 890 min ton neft ixrac edəcək.
Demokrat.az xəbər verir ki, bu barədə Qazaxıstanın Milli Neft və Qaz Şirkəti (KazMunayQaz) məlumat yayıb.
Məlumata görə, iki ölkə arasında məsələ ilə bağlı danışıqlar aparılıb. Danışıqlar çərçivəsində 2023-cü ilin sonunadək Almaniyaya ən azı 890 min ton neft ixrac edilməsinə qərar verilib.
Qeyd edək ki, Qazaxıstan bu ilin ilk 7 ayında Drujba neft kəməri ilə Almaniyaya 390 min ton neft ixrac edib.
Aysu Demokrat.az


