Dünya

Rusiyada helikopter qəzaya uğradı — 4 nəfər öldü

Rusiyada helikopter qəzaya uğradı — 4 nəfər öldü

Rusiyanın Çelyabinsk şəhərində Mi-8 helikopteri qəzaya uğrayıb.

Demokrat.az xəbər verir ki, bu barədə RIA agentliyi məlumat yayıb.

Bildirilir ki, helikopter bataqlığa düşüb. Nəticədə ekipaj üzvlərinin hamısı - 4 nəfər ölüb.

Qəzanın səbəbi məlum deyil.

D
demokrat.az