Türkiyənin Ədirnə vilayətində ölkəyə qeyri-qanuni yollarla daxil olmağa çalışan miqrantlar tutulub.
Demokrat.az xəbər verir ki, bununla bağlı Türkiyə Təhlükəsizlik qüvvələri sərhəddə əməliyyat keçirib.
Əməliyyat nəticəsində, Suriya, İraq, Pakistan, İran və Fələstin vətəndaşı olan 53 qeyri-qanuni miqrant müəyyən edilərək saxlanılıb.
Miqrantlar lazımi prosedurlarından sonra inzibati şöbəyə göndərilib.
Aysu Demokrat.az


