Hadisə

Bakıda yaşayış binasında yanğın olub

Bakıda yaşayış binasında yanğın olub

Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, binanın ikinci mərtəbəsində ümumi sahəsi 146 kvadratmetrolan 4 otaqlı mənzilin 1 otağında 1 ədəd televizor, 1 ədəd dolab və döşəmə 1 kvadratmetr sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

NE
Nihadə Eyyubova