Dünya

Kolumbiyada güclü zəlzələ baş verdi

Kolumbiyada güclü zəlzələ baş verdi

Kolumbiyanın qərbində 5,5 bal gücündə zəlzələ baş verib.

Demokrat.az xəbər verir ki, bu barədə Kolumbiya Geologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Çoko inzibati bölgəsində olan zəlzələ yerin 30 kilometr dərinliyində baş verib.

Zəlzələnin Çoko da daxil olmaqla Valle del Kauka və Antiokia inzibati bölgələrində hiss olunduğu qeyd edilib.

Qeyd edək ki, ölkədə sonuncu zəlzələ avqustun 17-də 6,3 bal gücündə baş verib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova