Sosial

Sel suları Bakı-Şamaxı-Yevlax yolunda infrastrukturu və yol qurğularını sıradan çıxardıb — FOTO

Sel suları Bakı-Şamaxı-Yevlax yolunda infrastrukturu və yol qurğularını sıradan çıxardıb — FOTO

Güclü yağış nəticəsində yaranan sel suları Bakı-Şamaxı-Yevlax avtomobil yolunda hərəkəti məhdudlaşdırıb.

Oxu.Azxəbər verir ki, sel nəticəsində yol örtüyünə və yol qurğularına ziyan dəyib. Ərazidə yerləşən obyektlər su altında qalıb.

Sakinlərin bildirdiklərinə görə, sel xırdabuynuzlu heyvanları da aparıb.

Hazırda Bakı-Şamaxı-Yevlax avtomobil yolunda hər iki istiqamətdə hərəkət məhdudlaşıb.

Sel suları Bakı-Şamaxı-Yevlax yolunda infrastrukturu və yol qurğularını sıradan çıxardıb — FOTO

NE
Nihadə Eyyubova