Sosial

Salyan RİH başçısı sakinlərlə səyyar qəbul keçirdi — FOTOLAR

Salyan RİH başçısı sakinlərlə səyyar qəbul keçirdi — FOTOLAR

Avqust ayının 25-də İnteqrasiya təlimli internat tipli gimnaziyada sakinlərlə səyyar qəbul keçirilib.

Qəbulda çıxış edən RİH başçısı Sevindik Hətəmov son illər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında respublikamızda dövlət səviyyəsində həyata keçirilən sosial-iqtisadi tədbirlər barədə ətraflı danışıb, ölkə başçısının qayğısı ilə görülən bütün işlərin, həyata keçirilən tədbirlərin yalnız bir amala, əhalimizin yaxşı yaşamasına, onların sosial rifahının və həyat səviyyəsinin daha da yüksəlməsinə xidmət etdiyini vurğulayıb.

Çıxış edən sakinlər əvvəlki qəbullar zamanı qaldırdıqları məsələlərin həlli ilə bağlı görülən işləri yüksək qiymətləndiriblər. Rayon İcra başçısı qəbulda iştirak edən vətəndaşları fərdi qaydada dinləyərək onların səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib.

Salyan RİH başçısı sakinlərlə səyyar qəbul keçirdi — FOTOLAR
Salyan RİH başçısı sakinlərlə səyyar qəbul keçirdi — FOTOLAR
Salyan RİH başçısı sakinlərlə səyyar qəbul keçirdi — FOTOLAR

D
demokrat.az