Danimarkanın Türkiyədəki səfirliyinin müvəqqəti işlər vəkili altıncı dəfə Xarici İşlər Nazirliyinə çağırılıb.
Demokrat.az xəbər verir ki, bu barədə nazirlikdən bildirilib.
Məlumata görə, Türkiyənin Kopenhagen səfirliyi və bəzi müsəlman ölkələrinin səfirlikləri qarşısında Quranın yandırılması davam edir.
Hücumların bu gün təkrarlanmasından sonra Danimarkanın müvəqqəti işlər vəkili yenidən nazirliyə çağırılıb.
Görüş zamanı tərəflər arasında lazımi danışıqlar aparılıb.
Qeyd edək ki, vəkil eyni səbəbə görə avqustun 18, 21, 22, 23 və 24-də də nazirliyə çağırılıb.
Aysu Demokrat.az


