Hadisə Özəl

Boya fabrikində yanğın baş verdi

Boya fabrikində yanğın baş verdi

Türkiyədə boya fabrikində dəhşətli yanğın baş verib.

Demokrat.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Məlumata görə, hadisə ölkənin Kocaeli vilayətində yerli vaxtla saat 16:17-də baş verib.

Ətraf rayonlardan çoxlu sayda yanğınsöndürən hadisə yerinə göndərilib.

Qruplar yanğını söndürmək üçün dərhal işlərə başlayıb.

Qeyd edək ki, yanğının hansı səbəbdən baş verməsi məlum deyil.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova