Xəbər verdiyimiz kimi Baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin törətdiyi avtoqəza zamanı əlil vəziyyətinə düşmüş Türkiyə vətəndaşı Mutallib Tekiş və həyat yoldaşı Songül Tekiş “Haber Turk” kanalında bir sıra ittiham irəli sürüblər.
Türkiyəli ailə bildirib ki, Əli Həsənov onlara şikayətçi olmayacaqları təqdirdə maddi dəstək olacağını vəd etsə də buna əməl etməyib.
Demokrat.az xəbər verir ki, "gununsesi.org"-a açıqlamasında Əli Həsənovun xanımı Tekiş ailəsinin ittihamlarına cavab verib.
Saytımıza açıqlamasında iddiaları qəbul etməyən Əli Həsənovun xanımı Tekiş ailəsinin yalan danışdığını deyib:
“Onlara ən yüksək səviyyədə kömək olunub. Bunu sübut etmək üçün əlimizdə qəbzlər var. Lazım olarsa, o qəbzləri göstərə bilərik. Onlara kömək olunması üçün müvafiq orqanların da xəbəri olub. İndi niyə belə danışırlar, mən başa düşə bilmirəm”.


