Cənubi Afrikada keçirilən BRİKS sammitində birlik liderləri Argentina, Misir, İran, Efiopiya, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərini (BƏƏ) üzvlüyə dəvət etmək qərarına gəlib.
Demokrat.az xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.
Məlumata görə, sammitdə bu ölkələr 2024-cü il yanvarın 1-dən ittifaqa üzv olunmağa dəvət edilib.
Beynəlxalq proseslərdə bir araya gələn birlik hazırda Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikadan ibarətdir.
Qeyd edək ki, bütün üzv dövlətlər ittifaqın genişlənməsini dəstəklədiklərini bəyan ediblər.
Aysu Demokrat.az


