Dünya Özəl

Türkiyədə güclü zəlzələ oldu

Türkiyədə güclü zəlzələ oldu

Türkiyənin Malatya vilayətində 5 bal gücündə zəlzələ baş verib.

Demokrat.az xəbər verir ki, bu barədə ölkənin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, yerli vaxtla saat 08.35-də 5 bal gücündə zəlzələ qeydə alınıb.

Zəlzələ yerin 7 kilometr dərinliyində baş verib.

Zəlzələ Malatya ilə yanaşı Kahramanmaraş və Adıyamanda da hiss olunub.

Zəlzələnin təsiri ilə vətəndaşlar evlərindən və iş yerlərindən küçələrə axışıblar.

Aysu Demokrat.az

D
demokrat.az