Rusiyanın Tver vilayətində qəzaya uğrayan təyyarədə sərnişinlər arasında “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojin də var.
Demokrat.az xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) məlumat yayıb.
Məlumata görə, təyyarədə olan 10 nəfər ölüb.
Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, qəza zamanı təyyarədə olan yeddi sərnişin və üç pilot həyatını itirib. Sərnişinlər arasında Yevgeni Priqojinin olduğu da deyilir.
Hadisə şahidlərinin sözlərinə görə, təyyarə vurulub, qəzadan əvvəl və sonra partlayış olub.//Report


