Dünya Özəl

Silahlı davada 4 nəfər yaralandı

Silahlı davada 4 nəfər yaralandı

Türkiyənin Zonquldak vilayətində baş verən silahlı dava nəticəsində 4 nəfər yaralanıb.

Demokrat.az xəbər verir ki, bu barədə "Habertürk" məlumat yayıb.

Məlumata görə, vilayətin Alpalı kəndində sakinlər bölgə muxtarının evinə hücum edib.

Daha sonra sakinlərlə muxtar arasında naməlum səbəbdən mübahisə yaranıb.

Mübahisə qısa müddətdə silahlı davaya çevrilib.

Hadisə nəticəsində biri ağır olmaqla 4 nəfər yaralanıb.

Yaralılar dərhal xəstəxanaya yerləşdirilib.

Araşdırmalar davam etdirilir.

Aysu Demokrat.az

D
demokrat.az