Sosial

Yağış, 38 dərəcə isti — FAKTİKİ HAVA

Yağış, 38 dərəcə isti — FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin avqustun 23-ü saat 10:00-a olan məlumatına əsasən əksər rayonlarda hava şəraiti yağmursuz keçib, lakin axşam və gecə bəzi dağlıq rayonlarda qısamüddətli yağış yağıb, şimşək çaxıb.

Bu barədə Demokrat.az-a Xidmətdən bildirilib.

Yağıntının miqdarı Vəlvələçay Təngəaltıda (Quba) 17 mm, Daşkəsən, Gədəbəy, Tərtərdə 1 mm-dək olub.

Havanın temperaturu avqustun 22-də Bakıda iqlim normasından 3.3 dərəcə yuxarı olub, maksimal temperatur Bakıda və Abşeron yarımadasında 36 dərəcəyədək, Naxçıvan MR-da 35-39 dərəcə, Aran rayonlarında 38 dərəcəyədək, dağlıq rayonlarda 26-30 dərəcəyədək isti olub.

D
demokrat.az