Səudiyyə Ərəbistanının Məkkə şəhərində yağan güclü yağış və fırtına Kəbədə ibadət edən müsəlmanlara çətin anlar yaşadıb.
Demokrat.az xəbər verir ki, bu barədə Məkkə Mülki Müdafiə Müdirliyi məlumat yayıb.
Bildirilib ki, Kəbədə namaz qılan müsəlmanların əksəriyyəti əlverişsiz hava şəraitinə baxmayaraq ibadətlərini davam etdiriblər.
Həmçinin, bəzi insanların yeriməkdə çətinlik çəkdikləri görülüb və bir çox təhlükəsizlik baryeri aşıb.
Qeyd edək ki, yerli rəsmilər xalqa pis hava şəraitinə qarşı diqqətli olmaları barədə xəbərdarlıq edib.
Aysu Demokrat.az


